Güclü külək Cəlilabadda fəsadlar törətdi – Bir sıra kəndlər işıqsız qaldıbackend

Güclü külək Cəlilabadda fəsadlar törətdi - Bir sıra kəndlər işıqsız qaldı

Cəlilabadda güclü külək kəndləri işıqsız qoyub.

KONKRET.az-ın məlumatına görə, Cəlilabad rayonunda ötən gecədən başlayan güclü külək hələ də davam edir.

Nəticədə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində yol kənarında 4 ədəd ağac kökündən qoparaq aşıb.

Bundan başqa, Cəlilabadın elektrik təsərrüfatlarına da ziyan dəyib. Belə ki, rayonun Məmmədrzalı, Boyxanlı, Qarakazımlı, Sarxanlı, Kazımabad, Maşlıq, Muğan və Söyüdlü kəndlərində istismar müddəti başa çatmış elektrik naqilləri qırılıb. Nəticədə sözügedən kəndlər işıqsız qalıb.

Hazırda həmin kəndlərə elektrik enerjisinin verilməsi istiqamətində işlər görülür./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*