Gülər Əhmədovadan ETİRAZ: “Bu uşaqlar gələcəkdə ya vələdüzna olacaq, ya da bacı-qardaş olaraq evlənəcəklər”backend

Gülər Əhmədovadan ETİRAZ: “Bu uşaqlar gələcəkdə ya vələdüzna olacaq, ya da bacı-qardaş olaraq evlənəcəklər"

“Oxudum ki, Azərbaycanda sperma bankı yaradılır və qadınlar evlənmədən ana olmağa qərar verəcək. Bu qərarı verən adamlar humanizm və qadınlara seçim hüququ tanımaq adı altında günah və cinayət (bacı-qardaşın evlənməsi cinayət isə) işləyirlər”.

KONKRET.az-ın xəbərinə görə, bunu sabiq deputat Gülər Əhmədova sosial şəbəkədə paylaşım edib.

G.Əhmədova bildirib ki, bu uşaqlar vələduzna olacaqlar.

“Kəbindən kənar doğulan uşaqlar… Vələduznadan bu cəmiyyət nə gözləyir, onu da bilmirəm. İkincisi, atası, anası bəlli xeyli yetim var. Savab iş görüb, onlara analıq etsinlər. Üçüncüsü, ən qorxulusu, bu uşaqlar gələcəkdə bacı-qardaş olaraq evlənəcək, düşünün necə xəstə millət çevriləcəyik. Dördüncüsü, bu işdə böyük pullar qazanmaq istəyənlər, o pullar irin-qan olub həm özünüzün, həm də övladlarınızın burnundan gələcək. Beşincisi, əminəm ki, nə Prezident, nə də Vitse-prezident bilmir. Amma təcili bilmələri lazımdır…”, – deyə Əhmədova yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*