Gürcülər Rusiya gəmisinə yanacaq doldurmaqdan imtina ediblər.
KONKRET.az xəbər verir ki, Ukrayna Daxili İşlər nazirinin müavini Anton Geraşenko öz Telegram kanalında Gürcüstan və Rusiya gəmisi arasında aparılan danışıqların videosunu yerləşdirib.
Gürcü gəmisi tərəfdən kapitanın böyük köməkçisi rus gəmisinin heyəti ilə əlaqə saxlayıb, yanacaq doldurma sorğusunun Rusiya gəmisindən gəldiyini öyrəniblər.
Gürcü gəmisinin ekipaj üzvləri yanacaqsız qalan Rusiya gəmisinə yanacaq doldurmaqdan imtina ediblər. Onlar gəmiyə avarlardan istifadə etməyi təklif ediblər.
Gürcülər İlan adasındakı Ukrayna sərhədçilərinin əfsanəvi ifadəsini təkrarlayıblar.
“Rus gəmisi, get cəhənnəmə”,- deyə gürcülər rədd cavabı veriblər.
Daha ətraflı videoda:
Xuraman Etibarlı,
KONKRET.az
