“Gürcüstan ABŞ-la dost olmağa hazırdır, amma…”backend

“Gürcüstan ABŞ-la dost olmağa hazırdır, amma...”

“Gürcüstan hakimiyyəti ABŞ-la əməkdaşlığa və dostluğa hazırdır, lakin bu, qarşılıqlı olmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu hakim “Gürcü arzusu”nun baş katibi, Tbilisi meri Kaxa Kaladze ABŞ Müdafiə Nazirliyinin “Layiqli tərəfdaş” hərbi təlimlərini qeyri-müəyyən müddətə təxirə salmaq qərarını şərh edərkən deyib. Onun sözlərini Gürcüstan mətbuatı yayıb.

Kaladzenin sözlərinə görə, o, yanaşmaların və münasibətlərin dəyişəcəyinə ümid edir.

Tbilisi meri həmçinin qeyd edib ki, “Gürcüstan kiminsə vassalı ola bilməz və bir ölkə kimi müstəqil, suveren dövlət olaraq qalmalıdır.

Bunun üçün əcdadlarımız döyüşüb, qan töküblər və heç kimə imkan verilməyəcək ki, Gürcüstan hakimiyyətinə göstəriş versin və əvvəldən bildiyimiz kimi, dövlətimiz və əhalimiz üçün problem yaradacaq belə bir addım atsın”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*