Gürcüstan gömrükçüləri Ermənistandan gələn kürüdən imtina ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Bildirilir ki, Gürcüstan gömrükçüləri Ermənistandan ölkəyə 200 kiloqram kürü gətirilməsinin qarşısını alıblar.
Yükü daşıyan avtomobil Sadaxlı gömrük keçid məntəqəsində gömrük prosedurundan keçib. “Novosti-Georgia” xəbər verir ki, fitosanitar və baytarlıq sərhəd nəzarətinin əməkdaşları temperatur rejiminin pozulması hallarını aşkar ediblər.
“Gürcüstan hökumətinin 463 saylı fərmanına əsasən, göstərilən yüklər ixrac edən ölkəyə qaytarılmalıdır”, – deyə departamentdən bildirilib.
Xuraman Etibarlı,
KONKRET.az
