Gürcüstan parlamentində deputatlar əlbəyaxa oldularbackend

Gürcüstan parlamentində deputatlar əlbəyaxa oldular

Gürcüstan parlamentinin plenar iclasında millət vəkilləri arasında qarşıdurma yaranıb.

KONKRET.AZ xəbər verir ki, qarşıdurma hakim “Gürcü Arzusu” partiyasından olan deputat Koba Lursmanaşvili ilə müstəqil millət vəkili Levan Qoqiçaişvili arasında yaranan fikir ayrılığı daha sonra qarşıdurmaya çevrilib. Qarşıdurmadan sonra sessiyaya fasilə verilib.

Qeyd edək ki, bu gündən Gürcüstan parlamentində sıfır baryerli proporsional qaydada seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya dəyişikliklərinin müzakirəsinə başlanıb. Cari sessiya həftəsinin gündəliyində dəyişikliklərlə bağlı iki layihə var. Bunlardan biri hakim “Gürcü arzusu” partiyası, digəri isə müxalifət partiyaları tərəfindən hazırlanıb.

Müzakirələrin müxalifətin hazırladığı və 2024-cü ildən 3% baryerin altında seçkilərin keçirilməsini, seçki bloklarının birləşməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsi ilə başlayacağı bildirilib. Dəyişikliklərin təşəbbüskarı parlamentin 93 üzvüdür. Qanunvericiliyə əsasən konstitusiyaya düzəliş üçün 150 deputatdan 113-nün razılığı tələb olunur.

Bir cavab yazın