Gürcüstan rusiyalı turistlərin azalmasından narahatdırbackend

Gürcüstan rusiyalı turistlərin azalmasından narahatdır

KONKRET.az xəbər verir ki, ölkənin iqtisadiyyat naziri bildirib ki, Gürcüstan Rusiya ilə birbaşa uçuşlara qoyulan qadağanın götürülməsini səbirsizliklə gözləyir. Çünki Rusiya ilə uçuşlara qoyulan qadağa nəticəsində Gürcüstan bu ilin iyul – avqust aylarında 110 milyon dollardan çox itirib. Bu barədə Respublika Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili məlumat verib.

Onun sözlərinə görə, Gürcüstana ilin birinci yarısında turist axını artıb və bunun əsasında “yüksək rəqəmlər”in qoyulduğu proqnoz verilib. Ancaq Gürcüstan büdcəsinin yalnız iyul ayında itkisi 57 milyon dollar təşkil edib. Avqust ayında isə bu rəqəm 56 milyon civarında olub.

Gürcüstan Rusiya turistlərinin sayının artması üçün bu ölkə ilə danışıqlar aparmağa hazırlaşır.

Bir cavab yazın