Gürcüstanda 12 yaşlı uşaqda koronavirus aşkar edilib.
KONKRET.az gürcü mətbuatına istinadən xəbər verir ki, yeniyetmənin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezuqbaya bildirib ki, o, İtaliyadan qayıdan xalası tərəfindən koronavirusa yoluxub. Ona görə də ailəsi ilə birlikdə ev karantinində olub. Xatırladaq ki, uşaqlarda xəstəlik böyüklərə nisbətən daha yüngül formada olur.
Yeri gəlmişkən, martın 11-nə olan məlumata görə, Gürcüstanda cəmi 23 nəfərdə koronavirus aşkar edilib. Ölkədə kütləvi tədbirlər ləğv edilib, qurumlar evdən iş rejiminə keçib, məktəblər və uşaq bağçaları isə bağlanıb. Çin, İran və İtaliya ilə hava nəqliyyatı əlaqəsi dayandırılıb.