Gürcüstanda azərbaycanlı kişinin qətlinin təfərrüatları bilindi – FOTObackend

Gürcüstanda azərbaycanlı kişinin qətlinin təfərrüatları bilindi - FOTO

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Samcevrisi (Şəmşoy) kəndində 72 yaşlı azərbaycanlı Feyzi Əhmədov qısqanclıq zəminində qətlə yetirilib.

KONKRET.az xəbər verir ki, bu barədə mərhumun qohumları məlumat veriblər.

Bildirilib ki, faktla əlaqədar kənd sakini 56 yaşlı Niyazi Budayev saxlanılıb. Saxlanılan şəxsin cinayət törətdiyini etiraf etdiyi bildirilib.

Mərhumun meyiti isə tibbi ekspertizadan keçirilməsi üçün Rustavi rayonuna aparılıb.

Qeyd edək ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

APA.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*