Gürcüstanın qərbində inşaat konstruksiyası çöküb.
KONKRET.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər işçi ölüb, daha bir neçə nəfər isə yaralanıb.
İnşaat işləri Gürcüstanın Avtomobil Yolları Departamenti tərəfindən icra olunub.
Ölkənin Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi başladıb. Hadisənin detalları araşdırılır.
