Gürcüstanda keçirilən parlament seçkilərində hakim partiya irəlidədir – YENİLƏNDİbackend

Gürcüstanda keçirilən parlament seçkilərində hakim partiya irəlidədir - YENİLƏNDİ

Gürcüstanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticəsini açıqlayıb.

KONKRET.az APA-ya istinadən bildirir ki, 2137 seçki məntəqəsində səslərin sayılmasından sonra hakim partiya səslərin 52,943%-ni əldə edib.

MSK-nın məlumatına görə, ümumilikdə 5 partiya 5 faizlik seçki bariyerini keçib.

“Dəyişiklik üçün Koalisiya” 11,197%, əsas müxalifət partiyası “Vahid Milli Hərəkat” 9,797%, “Güclü Gürcüstan” 9,056%, “Qaxariya Gürcüstan üçün” 8,264% səs toplayıb.

***

Gürcüstanda parlament seçkilərinin eksitpol nəticələri açıqlanıb.

KONKRET.az APA-ya istinadən bildirir ki, “Gorbi” təşkilatının apardığı sorğuya əsasən hakim Gürcü Arzusu partiyası 56,1 % səs toplayıb.

“Edison Research” təşkilatının apardığı sorğuya görə isə hakim partiya 40,9% səs toplaya bilib.

“Harris X” isə Gürcü Arzusunun 42% səs topladığını açıqlayıb.

***

Gürcüstanda keçirilən parlament seçkilərində səsvermə başa çatıb.

KONKRET.az Trend-ə istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.

Qeyd edək ki, Gürcüstanda ümumilikdə 3 508 294 vətəndaş, o cümlədən 95 910 nəfər xaricdə səsvermə hüququna malik olub.

Səsvermə prosesini 64 beynəlxalq və 102 yerli təşkilatın nümayəndələri müşahidə edib.

Bu il ilk dəfə parlament üzvləri tamamilə proporsional sistem əsasında, partiya siyahılarına görə seçiləcək. Parlamentdə yer əldə etmək üçün partiyalar ən azı 5 faiz səs toplamalıdır.

Seçkilərdə ümumilikdə 18 partiya iştirak edir, onlardan beşi koalisiya yaradıb.

Parlament seçkilərində ilk dəfə elektron səsvermə sistemi də tətbiq ediləcək. Müasir texnologiyalar sayəsində seçki məntəqələri bağlandıqdan bir saat sonra bülletenlərin 90 faizdən çoxunun sayılması və nəticələrin açıqlanması gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*