İyulun 23-də gecə saatlarında Hacıqabul rayon sakini Vüsal Məmmədovun sinə nahiyəsinə bıçaqla yetirilmiş xəsarət ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Hacıqabul Rayon Polis Şöbəsinə məlumat daxil olub.
23.07.2022 / 23:23
Hacıqabulda bıçaqlanma baş verib.
KONKRET.az-ın məlumatına görə, hadisə Hacıqabul şəhərində toy mərasimində qeydə alınıb.
Şəhər sakini, 1991-ci il təvəllüdlü Məmmədov Vüsal Vidadi oğlu münaqişə zəminində bıçaqlanıb. 31 yaşlı kişiyə vurulan bıçağın tiyəsi sınaraq onun sinəsində qalıb. Yaralı Şirvan xəstəxanasına yerləşdirilərək əməliyyata götürülüb. Onun kim tərəfindən bıçaqlandığı araşdırılır.
Faktla bağlı araşdırma aparılır./apa
