Hacıqabulda avtomobillər toqquşdu – Xəsarət alanlar varbackend

Hacıqabulda avtomobillər toqquşdu - Xəsarət alanlar var

Hacıqabul rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Muğan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində İmişli rayon sakinləri – Ağayev Məmmədalı Ələsgər oğlu, Ağayeva Təranə Mikayıl qızı və Ağayev Şahid Məmmədalı oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*