Keçmiş Hadrut rayonunun yalnız iki kəndi hazırda ermənilərin nəzarətindədir.
KONKRET.az xəbər verir ki, bu barədə separatçı Kamo Petrosyan açıqlayıb.
Hadrutun “icra başçısı” Petrosyan bildirib ki, yalnız 2 kəndi (“Xtsaberd” və “İn Taxer” ermənilər belə adlandırır) erməni tərəfindədir. Qəsəbənin özü və 45 kənd isə Azərbaycan Ordusunun nəzarətindədir.
Xatırladaq ki, Hadrut rayonu 1991-ci ildə ləğv edilib. Onun 48 yaşayış məntəqəsi Xocavəndə verilib.
Xocavənd rayonunun hazırda 1 şəhəri, iki qəsəbəsi (Hadrut və Böyük Bazar) və 81 kəndi var.
