Suriyanın devrilmiş lideri Bəşər Əsədin atası Hafiz Əsədin məzarının naməlum şəxslər tərəfindən açıldığı və sümüklərinin oğurlandığı iddia edilib. Sosial şəbəkələrdə yayılan görüntülər bu iddiaları təsdiqləyir.
KONKRET.az xəbər verir ki, iddialara görə, Hafiz Əsədin məzarı dağıdılıb.
Onun doğulduğu Latakiya vilayətinin Kardaha rayonunda yerləşən məzarının naməlum şəxslər tərəfindən açıldığı və sümüklərinin oğurlandığı bildirilir.
Sosial mediada yayılan görüntülərdə Hafiz Əsədin məzarının boş olduğu açıq şəkildə görünür.
Xatırladaq ki, Hafiz Əsəd 2000-ci il iyunun 10-da ürək tutmasından vəfat edib. Ondan sonra hakimiyyətə oğlu Bəşər Əsəd keçib.
Aynurə İsmayıl
KONKRET.az