FETO fərarisi keçmiş futbolçu Hakan Şükür özü kimi FETO fərarisi olan keçmiş futbolçu Arif Erdemin yerini açıqladı. Hakan Şükür Twitter hesabında paylaşıb “Qalatasaray-Basakşehir matçını əvvəllər Başakşehiri çalışdıran Arif Erdem ilə izlədik. Həm onun dedikləri, həm də mənim deyəcəklərim, eləcə də bu matçın şərhləri ilə gəlin 22:30-da birlikdə olaq. Gedişat qolsuzdur, amma danışacaq çox şey var”. Lakin yayım başladıqdan sonra Hakan Şükür Arif Erdemin efirə çıxmaqdan vaz keçdiyini söylədi. Beləliklə, bir müddətdir harada olduğu müzakirə olunan FETO fərarisinin ABŞ-da olduğu aydın oldu.
İzmirdə aparılan FETO istintaqında, etirafçı olan keçmiş polis üzvü, təşkilatın lideri Fətullah Gülənin yaşadığı Pensilvaniyadakı malikanəyə ziyarətində gördüyü hadisələri izah etdi və Arif Erdemin Güləndən su içdiyini söylədi. “Gülənin içdiği stəkandan qalan suyu “zəmzəm” deyə şüşəyə tökürdülər sonra isə onu içirdilər. Mən orada olduğum müddətdə Qalatasarayın keçmiş futbolçusu Arif Erdem, Samanyolu TV-nin baş redaktoru Hidayət Karaca, “Zaman” qazetinin yazarı Əli Ünalı gördüm. Hətta Fətullah Gülənin artıq qalan suyundan daha çox Arif Ərdəm içirdi”.
