“Hakimiyyət dövlət sərhədlərini qorumağa qadir deyil” – Manukyanbackend

"Hakimiyyət dövlət sərhədlərini qorumağa qadir deyil" - Manukyan

Ermənistanda birləşmiş müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyan Paşinyan hakimiyyətini sərt tənqid edib.

KONKRET.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Vazgen Manukyan hakimiyyətin təcili şəkildə dəyişdirilməli olduğunu bəyan edib. Ölkədəki gərgin siyasi vəziyyətə görə də hazırki iqtidar ittiham edilib.

“Hakimiyyət dövlət sərhədlərini qorumağa qadir deyil. Dövlət hakimiyyəti dağıdılıb. Təcili şəkildə yeni hökumət gəlməli, Paşinyan və komandası istefaya getməlidir”, – deyə Manukyan əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*