Haluk Bayraqdar ASAN Xidmətin layihəsindəbackend

Haluk Bayraqdar ASAN Xidmətin layihəsində

Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə “Bayqar Savunma” şirkətinin rəhbəri, “Türkiyə Texnologiyaları Qrupu”nun həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraqdar arasında onlayn formada görüş̧ keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən KONKRET.az-a bildiriblər ki, görüş̧ zamanı Ülvi Mehdiyev və Haluk Bayraqdar dekabrın 4-dən 6-dək keçiriləcək “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” barədə müzakirə aparıblar.

Xatırladaq ki, ölkəmizdə ilk dəfə və onlayn keçiriləcək Hakatonda müdafiə texnologiyaları ilə bağlı innovativ arxitektura və proqramların tətbiqi, bu istiqamətdə əməkdaşlıqların artırılması məsələləri müzakirə olunacaq. Həmçinin mülki şəxslərin müdafiəsi, informasiya təhlükəsizliyi və rəqəmsal təbliğat mövzuları diqqət mərkəzində olacaq.

Tədbirin əsas məqsədlərindən biri də Qarabağ̆ həqiqətlərini dünyaya çatdırmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*