Hamilə qadınlar koronavirusu daha ağır keçirir? – TƏBİB sədrindən AÇIQLAMAbackend

Hamilə qadınlar koronavirusu daha ağır keçirir? - TƏBİB sədrindən AÇIQLAMA

“Hamilələrin digər şəxslərlə müqayisədə, xəstəliyi ağır keçirməsi ilə bağlı əlimizdə məlumat yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlının sözlərinə görə, yoluxanların arasında belə faktların olması nəzarətdə saxlanılır:

“Bütün sektorlar yaşlı, risk qrupuna daxil olan şəxslərin işə çıxmasını tənzimləsinlər. Digər tərəfdən, hamilələr arasında yoluxma faktları olarsa, onlar pandemiya üçün ayrılan və nəzdində ginekoloji xidmət göstərilə bilən müvafiq tibb məntəqələrinə yerləşdirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*