Hava limanında tərk edilən avtomobilin parkinq qiyməti şoka saldıbackend

Hava limanında tərk edilən avtomobilin parkinq qiyməti şoka saldı 

Almaniyanın paytaxtı Berlində Brandenburq hava limanının girişindəki dayanacaqda qalan avtomobilin parklanma qiymətinin 200 min avronu keçdiyi bildirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Alman mətbuatı məlumat dərc edib.

Məlumata görə, Hannover nömrəli “Volkswagen Golf” markalı avtomobilin parkinq haqqı 200 min avronu ötüb.

Avtomobilin sahibinin kimliyi və ya oğurlanıb-oğurlanmadığı məlum deyil.

Bildirilib ki, dayanacaqda sərnişinlərin yüklərini boşaltması üçün 10 dəqiqə vaxt verilir. Bu vaxt keçərsə, saatlıq ödəniş 23 avro təşkil edir.

Qeyd edilib ki, hava limanının parkinq operatoru yaranmış vəziyyəti həll etmək üçün səlahiyyətlilərlə əlaqə saxlayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*