“Hazırda Azərbaycanın Zəngəzuru praktiki olaraq almaq üçün hər cür imkanı var” – Erməni politoloqbackend

"Hazırda Azərbaycanın Zəngəzuru praktiki olaraq almaq üçün hər cür imkanı var" - Erməni politoloq

“Hazırda Azərbaycanın Zəngəzuru praktiki olaraq almaq üçün hər cür imkanı var”.

KONKRET.az xəbər verir ki, bunu politoloq Karen Vrtanesyan Facebook səhifəsində yazıb.

“Azərbaycan Ordusu Nikolun bilavasitə dəstəyi ilə 2 mərhələdə zəbt etdiyi, sonra yerləşdiyi İşxanasar (Qızılcıq və yaxud Sisyan)  və Sevliç gölünün (Qara göl) o “yararsız” yüksəkliklərdə Zəngəzur ilə Ermənistanı birləşdirən yeganə yola, yəni, Ermənistan-İran dövlətlərarası avtomobil yoluna nəzarət edir.

Bu gün Sisyanda quraşdırılmış Azərbaycan artilleriyası bu yolu hədəflənmiş atəş altında saxlamaq imkanına malikdir.

Yəni, Zəngəzur təhlükədədir deyəndə, əslində bu mərhələ artıq keçib. Hazırda Azərbaycanın Zəngəzuru Ermənistandan praktiki olaraq almaq üçün hər cür imkanı var.

Onların Ermənistandakı əsas himayədarı olan Nikol azərbaycanlılarla hansı kağızı imzalasa da, geosiyasi vəziyyətin imkan verdiyini hiss edən kimi, bu kağız parçasının heç bir mənası olmayacaq. Ya da bəlkə də nəyisə imzalamağı gözləməyəcəklər.

Zəngəzurun Ermənistanla əlaqəsinin kəsilməsi ilə bağlı real və bilavasitə təhlükəni ancaq azərbaycanlıların Sisyandan qovulması ilə aradan qaldırmaq olar”, – deyə  o çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*