Həbsdə olan məhkumun yol kənarında gizlətdiyi narkotik vasitə AŞKARLANDIbackend

Həbsdə olan məhkumun yol kənarında gizlətdiyi narkotik vasitə AŞKARLANDI

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanası, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları birgə əməliyyat keçiriblər.

Xidmətdən KONKRET.az-a verilən xəbərə görə, əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Ceyhun Tahir oğlu Cəfərzadə tərəfindən Nərimanov rayonu Ziya Bünyadov 100 ünvanında yolun kənarında gizlədilmiş ümumi çəkisi 300 qram olan metamfetamin və heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*