Məşhur reper Dreyk şəxsi həyatı ilə bağlı etdiyi açıqlamasına görə gündəm olub.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, o, evlənməməsinin səbəbindən danışaraq bunu xarakteri ilə əlaqələndirib.
“Mən heç bir qıza onun istədiyini – sədaqəti, davamlılığı təklif edə bilmərəm. Çünki xarakterim belədir. Hazırda yaradıcılığım mənim üçün prioritetdir. Heç bir qızı məyus etmək istəmirəm”, – deyə reper bildirib.
Qeyd edək ki, Dreyk Sofi Brusso ilə sevgili olub. Onların 6 yaşlı oğlu var.
