Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiya-Ukrayna müharibəsindən sonra gündəmə gələn Montrö boğazlar konvensiyası ilə bağlı açıqlama verib.
KONKRET.az-ın NTV-yə istinadən xəbərinə görə, Akar konvensiyanın aşındırılmasının heç kimə fayda gətirməyəcəyini vurğulayıb.
O qeyd edib ki, indiyədək olduğu kimi Montrö boğazlar konvensiyasının 19, 20 və 21-ci maddələrinin tətbiqini davam etdirəcəklər:
“Hər hansı şəkildə Montrönün aşındırılması, status-kvonun pozulması kimsəyə fayda gətirməz. Montrönün qorunmasında fayda görürük. Bu çərçivədə çalışmalarımızı davam etdiririk. İndiyədək olduğu kimi Montrö boğazlar konvensiyasının 19, 20 və 21-ci maddələrinin tətbiqini davam etdirəcəyik”.
