Həcc ziyarətinə gələnlərə ağır cəza tətbiq olunacaqbackend

Həcc ziyarətinə gələnlərə ağır cəza tətbiq olunacaq

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, yeni qaydalara görə, icazəsiz Həcc ziyarətinə gələnləri təxminən 5 min dollar cərimə və 10 il ölkəyə giriş qadağası gözləyir.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sabahdan başlayacaq və 44 gün davam edəcək yeni qaydalara görə Həcc icazəsi olmadan Məkkəyə və müqəddəs bölgələrə girməyə cəhd edənlər ağır cəzalara məruz qalacaq.

Onlara qarşı 20 min riala qədər (təxminən 5300 dollar) cərimə tətbiq olunacaq.

Həcc ziyarətinə getmək istəyənlərə ziyarət vizası ilə kömək edənlər isə 100 min riala (təxminən 26000 dollar) qədər cərimə olunacaqlar.

Bundan əlavə, icazəsiz Həcc ziyarətinə cəhd edən əcnəbi ziyarətçilər deportasiya ediləcək və 10 il müddətinə ölkəyə girişi qadağan olunacaq.

Qaydalar çərçivəsində həmçinin ziyarət vizası sahiblərini daşıyan avtomobillərə də məhkəmə qərarı ilə həbs qoyula bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*