Həftə içi ictimai nəqliyyat saat neçəyə xidmət göstərəcək? – AÇIQLAMAbackend

Həftə içi ictimai nəqliyyat saat neçəyə xidmət göstərəcək? - AÇIQLAMA

Məlum olduğu kimi artıq bu gündən etibarən hərbi vəziyyətlə əlaqədar olaraq tətbiq edilən komendant saatı ləğv edilib.

Lakin ictimai nəqliyyata həftə içi qoyulan məhdudiyyət isə hələ də qüvvədədir. Bu isə öz növbəsində axşam saatlarında şəhərdə tıxacın yaranması ilə nəticələnir və gecə saatlarınadək çalışan şəxslər üçün əlverişli deyil.

Dekabrın 14-dən etibarən ölkə ərazisində “SMS icazə” sisteminin tətbiqinə başlanılacaq. Bəs bundan sonra ictimai nəqliyyatın işləmə saatına qoyulan məhdudiyyətlə bağlı hansı qərar veriləcək?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı sfera.az-a danışan deputat Vahid Əhmədov növbəti bir həftə ərzində bu məsələyə baxıla biləcəyini qeyd edib:

“Ümumilikdə dekabrın 14-dən etibarən pandemiya ilə əlaqədar olaraq sərtləşdirilmiş karantin rejiminin tətbiqi mütləq idi. Çünki kifayət qədər ciddi hadisələr baş verir – yoluxma və ölüm sayı artır. Proses elə fazaya daxil olub ki, bunun qarşısını almaq çox çətinləşib. Ona görə də hesab edirəm ki, atılan addımlar düzgündür.

“SMS icazə” tətbiqi ilə şəhərdə olan insanların sayı da əvvəlki kimi olmayacaq. Düşünürəm ki, bu öz növbəsində şəhərdə sıxlığı azaldacaq. Belə hesab edirəm ki, yanvar ayının sonuna qədər bu rejim tətbiq edilərsə, müsbət sonluq olacaq. İctimai nəqliyyata həftə içi qoyulan məhdudiyyətin aradan qaldırılması məsələsinə gəldikdə isə, bu bir həftə ərzində axşam saatlarında yenə tıxac problemi yaranarsa, məhdudiyyət saatını 22:00-dək uzatmaq olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*