“Hələ heç bir xəbər yoxdur” – Separatçılar Paşinyanla Putinin telefon danışığının nəticələrini gözləyirbackend

"Hələ heç bir xəbər yoxdur" - Separatçılar Paşinyanla Putinin telefon danışığının nəticələrini gözləyir

“Hələ heç bir xəbər yoxdur”.

KONKRET.az-ın dünən xəbər verdiyi kimi, Qarabağ separatçıları səbirsizliklə Paşinyanla Putinin telefon danışığının nəticələrini gözləyir.

Separatçıların son “ümid yeri” olan zəng Azərbaycanın Həkəri körpüsündə keçid məntəqəsi yaratması ilə bağlı Moskvanın rəsmi mövqeyinə aydınlıq gətirəcəkdi.

Nikol Paşinyan 3 gün gözlədikdən sonra Putinə özü zəng etməli olsa da, hələ separatçılar gözləmə mövqeyindədirlər.

Separatçıların başçısı Araik Arutyunyan bildirib ki, Paşinyan-Putin arasında telefon danışığı olacaq və bundan sonra keçid məntəqəsini hansı aqibət gözlədiyi müəyyənləşəcək.

“Bir az əvvəl telefon danışığı baş tutub, lakin bizə hələ heç bir məlumat verilməyib”, – Arutyunyan təəssüflə deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*