“Həmişə bizə söz verirlər, amma sonra aldadırlar” – Erməni politoloqbackend

"Həmişə bizə söz verirlər, amma sonra aldadırlar" – Erməni politoloq

“ABŞ prezidentliyinə namizədlərin erməni soyqırımı haqda verdiyi vədlər daxili auditoriyaya hesablanıb, seçildikdən sonra isə heç biri bu sözlərini tutmayıblar”.

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Aleksandr İsgəndəryan deyib.

O, ABŞ-dakı erməni diasporunun prezidentliyə namizədlərin əllərində siyasi alət olduğunu, həmişə namizədlərin vədlərinə aldandığını bildirib.

İsgəndəryan ABŞ-ın yeni prezidenti Co Baydenin də, seçkilərdən əvvəl verdiyi vədlərə baxmayaraq qondarma erməni soyqırımını tanımayacağını söyləyib: “ABŞ prezidentliyinə namizəd olanların hamısı soyqırımıdan danışırlar, ancaq hakimiyyətə gəldiklərində heç nə baş vermir”.

Ekspert Baydenin də məsələnin üstündən ümumi ifadələrlə keçəcəyini vurğulayıb:

“Baydenin hansısa sözü deyəcəyini istisna etmirəm, belə sözlər keçmişdə də çox deyilib. Məsələn, Reyqan da soyqırımıdan danışıb. Obama bu məsələyə bir qədər fərqli yanaşmasına baxmayaraq, o da heç nə etmədi. İndiki halda da, nəyinsə dəyişəcəyini düşünmürəm. Hazırda Türkiyə və ABŞ arasındakı münasibətlər o qədər də əlverişli deyil, ancaq Türkiyə bütün Qərb üçün çox vacibdir. Türkiyə postsovet məkanı, İran, İraq, Suriya ilə həmsərhəd olan əsas coğrafi mövqeyi tutur. Bu məsələdə köklü dəyişikliklər üçün heç bir fürsət görmürəm”. teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*