Hər kəs 20 faiz vergi ödəyəcək? – Ekspert vacib detalları AÇIQLADIbackend

Hər kəs 20 faiz vergi ödəyəcək? - Ekspert vacib detalları AÇIQLADI

Son günlər sadələşdirilmiş verginin ləğv olunduğu və hər kəsin 20 faiz vergi ödəməsi məsələsi ilə bağlı məlumatlar paylaşılır. Maraqlıdır, bu məlumatlar nə qədər doğrudur və hansı nəticələrlə yadda qala bilər?

Mövzunu KONKRET.az-a dəyərləndirən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, Vergilər Məcəlləsinə 2012-ci ilin sonu təklif edilən dəyişikliklərdə sadələşdirilmiş verginin ləğvi ilə bağlı hər hansı bir məsələ nəzərdə tutulmayıb: “Ümumiyyətlə, bu vergi növü ilə bağlı hansısa ciddi dəyişiklik təklifi mövcud deyil. Burada insanları çaşdıran o məqamdır ki, mikrosahibkarlar fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq öz gəlirlərindən və ya mənfəətindən vergi ödəyərkən onlara 75 faiz güzəşt verilirdi. İndi isə bu güzəştin verilməsinin qaydaları dəyişib. Yalnız dövlətə və Sosial Müdafiə Fonduna borcu olmayan, eyni zamanda, üç işçisi olan mikrosahibkarlar yenə də bu güzəştdən adi qaydada faydalana biləcəklər. Fərdi qaydada fəaliyyət göstərən şəxslərdə isə bu güzəşt ləğv olunacaq”.

“Hazırda qeyri-neft sektorunda, yəni dövlət təşkilatlarında çalışanlar öz əməkhaqlarindan 10 faiz vergi verirlər. Bundan əlavə, digər ödəmələr də mövcuddur. Dövlət və neft sektorunda çalışan şəxslər isə əməkhaqlarından 14 faiz gəlir vergisi, 3 faiz isə pensiya fonduna ödəməlidir. Yəni dövlət qeyd edir ki, yalnız o sahibkarlar əlavə güzəştlərdən faydalana biləcəklər ki, onlar yeni iş yerləri açırlar, ən azı qeyd etdiyim kimi, təklif edilən güzəştlərdə 3 iş yerinin olması vacib hesab olunur. Bu həm sahibkarları yeni iş yeri yaratmağa həvəsləndirir, həm də vergidən yayınma riskini aşağı salmağa kömək edir”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, əvvəldən qəbul olunan 75 faiz güzəştin effektiv nəticəsi ondan ibarət idi ki, mikrosahibkarlar 5 faizlik vergi versələr də, digər vergilərdən yayınırdılar: “Düzdür, bu güzəştlərin saxlanması mikrosahibkarlara yeni iş yerlərinin canlandırılması baxımından faydalıdır. Ancaq fərdi VÖEN-lər altında hüquqi və ya fiziki şəxs formasında fəaliyyət göstərmək gəlir vergisindən yayınmağa səbəb olurdu. Faktiki olaraq adi işçi kimi fəaliyyət göstərməsinə baxmayaraq, vergi dövriyyəsini aşağı salıb yayındırmış olurdular. Yəni burada məsələnin məğzi ondan ibarətdir ki, başqa hansısa sadələşdirilmiş verginin ləğvindən söhbət gedə bilməz, sadəcə fərdi fəaliyyət göstərən fiziki və hüquqi şəxslər artıq 75 faizlik mənfəət və gəlir vergisindən güzəşt əldə edə bilməyəcəklər, yalnız üç və ya daha çox işçisi olan mikrosahibkarlar eyni qaydada güzəştlərdən faydalana biləcəklər”.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*