“Hərbi hücum yox, “xüsusi hərbi əməliyyat” deyin” – Rusiyanın Tehrandakı səfirindən İran mediasına MÜRACİƏTbackend

"Hərbi hücum yox, "xüsusi hərbi əməliyyat" deyin" - Rusiyanın Tehrandakı səfirindən İran mediasına MÜRACİƏT

“Hərbi hücum yox, “xüsusi hərbi əməliyyat” deyin”.

KONKRET.az İran mediasına istinadla xəbər verir ki, Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan İran mediasına müraciət edib.

Səfir nüvə danışıqlarında ölkəsinin öz maraqlarını nəzərə aldığını bildirərək, İran mediasını Rusiyanın Ukraynaya hücumu əvəzinə “xüsusi hərbi əməliyyat” ifadəsini işlətməyə çağırıb.

Caqaryan Tehranda İran mediasının iştirakı ilə keçirilən mətbuat konfransında çıxış edib.

Jurnalist “avropalılar deyirlər ki, Rusiya Ukraynaya hücumdan sonra nüvə danışıqlarını məhv etməyə çalışır” sualını verib. Səfir cavabında deyib: “Deməliyəm ki, bu, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatıdır, hərbi hücum deyil”.

Sonda o, nüvə müzakirələrindən və Moskvanın məsələyə yanaşmasından da danışıb:

“Biz Rusiyanın İranın atom sazişində olmaq istəmədiyinə dair müxtəlif səslər eşitmişik, lakin hamınız yaxşı bilirsiniz ki, 2015-ci ildə imzalanan nüvə anlaşmasında Rusiyanın əhəmiyyətli rolu olub. İndi biz öz maraqlarımızı da nəzərə alırıq və İranla mübadilələrimiz təmin edilməlidir. Biz müzakirələrin uğur qazanmasını istəyirik, lakin bizim üçün öz maraqlarımız önəmlidir və İranın da bu məsələdə maraqları var”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*