Hərbi polis əməkdaşının öldüyü qəza ilə bağlı sürücüyə hökm oxundubackend

Hərbi polis əməkdaşının öldüyü qəza ilə bağlı sürücüyə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Mustafa Vələdovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2025-ci il dekabrın 12-də saat 01 radələrində Qazax rayonunun Dəmirçilər kəndində qeydə alınıb.

Belə ki, Mustafa Vələdov idarə etdiyi “VAZ-2107” minik markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsini fərdi yaşayış evinin daş hasarına çırpıb. Hadisə nəticəsində 24 yaşlı Nicat Alıyev həlak olub.

Mustafa Vələdov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra Mustafa Vələdov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd: Məlumata görə, qəzada həlak olan Nicat Alıyev hərbi polisin əməkdaşı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*