Hərbi toplanışlar ehtiyatda olan hərbi vəzifəlilərin döyüş hazırlığının, eləcə də hərbi bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunur.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, qanunvericiliyə görə, bəzi şəxslər bu toplanışlara cəlb edilmir.
Azad olunan əsas kateqoriyalar bunlardır:
Ehtiyata buraxıldıqdan sonra 1 il ərzində olan hərbi vəzifəlilər (hərbi yoxlama toplanışları istisna olmaqla);
Müəyyən edilmiş qaydada bron edilmiş hərbi vəzifəlilər;
Müddətli hərbi xidmətə çağırışdan möhlət və ya azadolma hüququ olan şəxslər;
Qadın hərbi vəzifəlilər;
Mülki aviasiyada uçuşların birbaşa təmin edilməsində çalışan uçuş və texniki heyət;
Dəniz gəmilərinin üzgü heyəti (ehtiyatda olan Hərbi Dəniz Qüvvələri zabitləri istisna olmaqla);
Əyani təhsil alanlar təhsil müddətində, qiyabi təhsil alanlar isə semestr, sessiya, diplom işi və ya dissertasiyanın hazırlanması və müdafiəsi dövründə;
Hərbi uçotdan çıxarılaraq xidmət etdikləri dövlət orqanında xüsusi qeydiyyata alınan şəxslər.
Qeyd edək ki, toplanışdan azad edilmə ilə bağlı qərarı hərbi vəzifəlinin qeydiyyatda olduğu müvafiq dövlət orqanının rəhbəri verir.
