Hərbi xidmətdən yayınmada təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edildibackend

Hərbi xidmətdən yayınmada təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edildi

Azərbaycanın Baş Prokurorluğunun vəsatətləri əsasında daha 2 təqsirləndirilən şəxs,  Nahid Əlicanlı və Renad Orucov Rusiya Federasiyasından Azərbaycana ekstradisiya edilib.

KONKRET.az xəbər verir ki, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Nahid Əlicanlı və Renad Orucovun ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin olunub.

Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Nahid Əlicanlının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu dövrdə xidmətdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Bakı şəhəri Nizami Rayon Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə isə Renad Orucovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar hər iki şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub. Onlar istintaqdan yayınaraq gizləndikləri üçün dövlətlərarası axtarışa veriliblər.

Hər iki şəxs Rusiya Federasiyasının ərazisində saxlanılıb və Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*