Hikmət Abbasovun yerinə polkovnik təyin edildibackend

Hikmət Abbasovun yerinə polkovnik təyin edildi

Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinat olub.

KONKRET.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini-qərargah rəisi polkovnik Asif Məmmədli tutduğu vəzifəsindən azad edilib.

Digər əmrlə o, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi təyin edilib. Asif Məmmədli daha əvvəl FHN-in Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində də çalışıb.

Xatırladaq ki, bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov vəzifəsindən azad edilib.

Qeyd edək ki, təyinatla bağlı ilk xəbəri manset.az saytı yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*