Hikmət Hacıyev: “Ermənistan ərazisindən Mingəçevir şəhərinə ballistik raket buraxılıb”backend

Hikmət Hacıyev: "Ermənistan ərazisindən Mingəçevir şəhərinə ballistik raket buraxılıb"

Ermənistan ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adı “SCUD” olan ballistik raketi buraxılıb.

KONKRET.az xəbər verir ki,  bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Hava hücumundan müdafiə qüvvələrimiz S-300-lə raketi məhv edib. Raketin buraxılma anında təhqiramiz erməni ifadələri səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır”, – H. Hacıyev qeyd edib.

  • Cavanşir
    Oktyabr 10, 2020 - 19:41

    Mənim fikrimcə onların əsirləri qaytarılmamalıdır,çünki götürülən əsirlər mülki yox hərbi əsirlərdir.Bu da o deməkdir ki,həmin şəxslər silahlandırılaraq yenidən üzərimizə göndəriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*