Hindistan orta mənzilli raketi sınaqdan keçirdibackend

Hindistan orta mənzilli raketi sınaqdan keçirdi

Hindistan ordusu Odişa ştatının Balasore şəhərində orta mənzilli raketi sınaqdan keçirib.

KONKRET.az TRT-yə istinadən xəbər verir ki, Müdafiə Araşdırma və İnkişaf Təşkilatı orta mənzilli yer-hava raketinin yerli vaxtla saat 10:30 radələrində Balasoredə sınaqdan keçirildiyini açıqlayıb.

Açıqlamada raketin hədəfi uğurla vurduğu bildirilib.

Xatırladaq ki, Hindistan martın 24-də nüvə qabiliyyətli, yerdən-yerə səsdən sürətli “BrahMos” qanadlı raketini uğurla sınaqdan keçirdib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*