Hindistan və Pakistan nüvə silahından istifadə etsə, nələr baş verəcək? – ŞOK AÇIQLAMAbackend

Hindistan və Pakistan nüvə silahından istifadə etsə, nələr baş verəcək? - ŞOK AÇIQLAMA

ABŞ administrasiyası Hindistan və Pakistan arasındakı böhranın nüvə müharibəsi riski yaratdığını düşünmür. Bu sözləri ABŞ vitse-prezidenti Ceyms Devid Vens “Foks Nyus”a deyib. Bəs görəsən, tərəflər arasında nüvə müharibəsi ehtimalı nə qədər realdır?

ABŞ nüvə müharibəsinə imkan verə bilərmi?

Mövzunu KONKRET.az-a politoloq Turan Rzayev şərh edib:

Turan Rzayev

“ABŞ-ın bu açıqlaması doğrudur. Ümumiyyətlə, nüvə silahından istifadə ilə bağlı reallığa söykənməyən informasiyalar çoxdur. Dünyada nüvə silahından istifadəyə dair heç bir fakt qeydə alınmayıb. Yalnız Yaponiyanın Naqasaki və Xirosima şəhərlərinə atom bombası atılıb. Bundan sonra isə silahın daha yüksək dağıdıcılıq qabiliyyəti olan növündən istifadəyə rast gəlinməyib. Ən köhnə başlıqlı nüvə silahı belə 1941-1945-ci il müharibəsində Yaponiyaya atılan atom bombasından 10-20 dəfə artıq dağıdıcı gücə malikdir. Əvvala bu silahın istifadəsi milyonlarla dollar itkisi deməkdir. Odur ki, dövlətlər nüvə silahından çəkindirici güc kimi istifadə edirlər. Müharibələrin gedişində istifadə olunması isə inandırıcı deyil”.

Politoloqun sözlərinə görə, Hindistan Pakistana nüvə silahı atsa, onun dağıdıcı gücü özlərini də məhv edəcək:

“Eyni qaydada Pakistan bu addımı atsa, o zaman ölkəsinin su ehtiyyatları məhv olacaq. Bu silahlar yalnız dövlətin mövcudluğuna təhlükə yaranacağı təqdirdə istifadə oluna bilər. Hərçənd, belə bir hal indiyədək yaşanmayıb. Ona görə də, ABŞ-ın məsələyə yanaşması obyektivdir. Hesab edirəm ki, Hindistan və Pakistan arasındakı lokan döyüşlər qısa müddət ərzində yekunlaşacaq. Çünki bu ölkələrin total müharibəyə başlaması, onlara milyardlarla dollara başa gələ bilər. Odur ki, nüvə silahından istifadə müzakirə mövzusu deyil”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*