Hökumət əleyhinə etirazlar Ermənistanın Azərbaycanla danışıqlarda gücünü artırır – Erməni generalbackend

Hökumət əleyhinə etirazlar Ermənistanın Azərbaycanla danışıqlarda gücünü artırır - Erməni general

“Ermənistanda hökumət əleyhinə etirazlar Azərbaycanla danışıqlarda gücünü artırır”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş birinci müavini, istefada olan general-leytenant Tiran Xaçatryan deyib. Onun sözlərinə görə, etiraz aksiyaları hökuməti xarici təzyiqlərə tabe olmamağa məcbur edir.

O, etirazların Ermənistana mənfi təsir göstərməsi üçün heç bir ilkin şərt görmür. Amma uzunmüddətli perspektivdə indiki rəhbərliyin fəaliyyəti dövlətçiliyi təhdid edir.

“Hakimiyyət getməli, yerinə ölkəni indiki vəziyyətdən çıxara biləcək insanlar gəlməlidir”, – deyə o bildirib.

Xatırladaq ki, prezident 2021-ci il fevralın 24-də baş nazirin təklifi ilə Xaçatryanı vəzifəsindən azad edib. Mətbuat bunun səbəbini general-leytenantın Paşinyanın müharibə zamanı “İsgəndər” raketinin 10% partlaması ilə bağlı açıqlamasına reaksiyası olduğunu yazıb. Xaçatryan bu açıqlamanı açıq şəkildə ələ salıb. Generalın vəzifəsindən azad edilməsindən sonra Silahlı Qüvvələrin Baş Qərargahı bəyanat yayıb və baş nazirin istefasını tələb edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*