Honkonq həkimləri Çinlə sərhədi bağlamaq tələbi ilə tətil etdilərbackend

Honkonq həkimləri Çinlə sərhədi bağlamaq tələbi ilə tətil etdilər

Honkonqun tibb mütəxəssisləri koronavirus “2019-nCoV”un yayılması səbəbindən şəhər rəhbərliyini materik Çin ilə sərhədi bağlamağa çağıraraq tətil ediblər.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “South China Morning Post” nəşri yayıb.

Aksiyada 2,4 min nəfər iştirak etmək istək qərarına gəlib.

Honkonq Administrasiyasının rəhbəri Kerri Lamın tibb müəssisələri idarəetmə İttifaqının üzvləri ilə görüşməkdən imtina etməsindən sonra səhiyyə işçiləri küçələrə çıxıblar.

Honkonq Universitetinin mikrobioloqu Xo Pak-Leunun fikrincə, sərhədin tam bağlanması virusun yayılmasının qarşısını almağa kömək edəcək.

Məlumdur ki, yanvarın 30-da Honkonq koronavirus səbəbindən materik Çin ilə dəmir yolu və bərə əlaqələrini dayandırıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*