Honq-Konq kəşfiyyatına işləməkdə ittiham edilən şəxsin meyiti tapıldıbackend

Honq-Konq kəşfiyyatına işləməkdə ittiham edilən şəxsin meyiti tapıldı

Honq-Konqun kəşfiyyat xidmətlərinə casusluq etməkdə ittiham olunan şəxsin Londonun kənarındakı Maidenhead parkda meyiti tapılıb.

KONKRET.az “CNN” telekanalına istinadən xəbər verir ki, Britniya polisi 37 yaşlı Metyu Trikettin cəsədini aşkarlayıb.

Qeyd edək ki, Trickett mayın 13-də milli təhlükəsizlik cinayətlərində ittiham olunan digər iki şübhəli ilə birlikdə “Westminster Magistrates” Məhkəməsində ifadə vermişdi. Üç şəxsə qarşı ittihamlarda iddia edilir ki, onlar 2023-cü il dekabrın 20-dən 2024-cü il mayın 2-dək xarici kəşfiyyat xidmətinə maddi yardım göstərə biləcək məlumat toplama, müşahidə və aldatma hərəkətləri etməyə razılaşıblar. Məhkəmənin qərarı ilə hər üç şəxs zaminə buraxılsa da, müntəzəm olaraq polis bölməsində qeydiyyatdan keçməli idi.

Çinin Böyük Britaniyadakı səfirliyi və Honq-Konqun baş icraçı direktoru Con Li ittihamları həm pisləyib, həm də rədd edib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*