“Hörmüz boğazı artıq Amerika ərazisidir” – Trampdan növbəti bəyanat backend

“Hörmüz boğazı artıq Amerika ərazisidir” - Trampdan növbəti bəyanat 

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib.

KONKRET.az xəbər verir ki, D.Tramp bu barədə Cənubi Karolinanın Mirtl-Biç şəhərində keçirilən mitinqdə çıxışı zamanı danışıb.

O, İranla mümkün razılaşmadan söz açarkən Hörmüz boğazını artıq ABŞ ərazisi hesab etdiyini bildirib.

“Mən hazırda Hörmüz boğazını Amerika ərazisi hesab edirəm. Bu, Amerika ərazisidir”, – Tramp deyib.

Tramp həmçinin İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti bundan əvvəl də Hörmüz boğazının ABŞ ərazisi elan edilə biləcəyini bildirmişdi. Avqustun 14-də o, İranı məğlub etdikdən sonra boğazı ABŞ ərazisi elan edəcəyini demişdi.

Daha sonra Tramp sosial şəbəkədə Hörmüz boğazını “NEW U.S. Territory” – “Yeni ABŞ ərazisi” kimi göstərən xəritə paylaşmışdı.

Qeyd edək ki, Hörmüz boğazı beynəlxalq əhəmiyyətli strateji su yoludur və onun ətrafındakı ərazilərin İran və Omanla bağlı ərazi sularından keçdiyi bildirilir. Trampın bu ərazi iddiasının hüquqi əsası isə açıqlanmayıb.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*