Hüriyyət: “Bayden və Blinken Ərdoğanın planı barədə qabaqcadan məlumatlandırılıb”backend

Hüriyyət: "Bayden və Blinken Ərdoğanın planı barədə qabaqcadan məlumatlandırılıb"

“ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinkenə əvvəlcədən məlumat verilib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ-yə üzvlük məsələsini gündəliyə daxil etmək niyyətindədir və bundan sonra yeni yol xəritəsi hazırlanıb”.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin “Hüriyyət” qəzeti məlumat yayıb.

Bildirilib ki, (NATO) sammiti başlamazdan əvvəl xarici işlər naziri Hakan Fidan ilk dəfə ABŞ dövlət katibi Blinkenə Türkiyənin Aİ məsələsini gündəmə gətirəcəyini söyləyib.

“Klinton administrasiyası dövründə Türkiyənin AB-yə üzvlük prosesini dəstəkləyən Blinken telefonla Hakan Fidana dəstəyini təsdiqləyib. Blinkenlə Hakan Fidan arasında telefon danışığından sonra prezident Ərdoğan eyni mesajı ABŞ prezidenti Baydenə də göndərib. Bayden Türkiyənin siyasətini dəstəkləyəcəyini açıqlaayıb və yeni yol xəritəsi qüvvəyə minib.

Bazar ertəsi Ərdoğan bildirib ki, İsveçin NATO-ya daxil olması Türkiyə Aİ-yə qəbul edildikdən sonra mümkün olacaq. Açıqlamanın ardınca NATO baş katibi Yens Stoltenberq bildirib ki, Ərdoğan İsveçin NATO-ya üzv olmaq istəyini Türkiyə parlamentinə ratifikasiya etmək üçün sənədləri mümkün qədər tez göndərməyə razılaşıb. Eyni zamanda, Stoltenberq konkret tarixlər qeyd etməyib.

Türkiyə 1963-cü ildə Aİ ilə (o zaman – AET) assosiasiya sazişi imzalayıb, 1987-ci ildə isə ittifaqa üzvlük üçün müraciət edib. Lakin üzvlüklə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb. İndi danışıqlar dosyesinin 35 fəslindən 16-sı açıqdır.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*