Hüseynbala Mirələmovdan “video qalmaqalı” ilə bağlı yeni açıqlama: Kağız axtarırmış…backend

Hüseynbala Mirələmovdan “video qalmaqalı” ilə bağlı yeni açıqlama: kağız axtarırmış...

Sabiq deputat Hüseynbala Mirələmov məlum “video qalmaqalı” ilə bağlı yeni açıqlama verib.

O, bildirib ki, əslində heç də hamının başa düşdüyü kimi qeyri-əxlaqi hərəkət etməyib, əli ilə xanım köməkçisinə bilməyərəkdən toxunub.

KONKRET.az xəbər verir ki, bu haqda Hüseynbala Mirələmovla danışan “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili sosial şəbəkədə yazdığı qeydində bildirib:

“İndicə Hüseynbala Mirələmovla danışdım, bir daha o qalmaqallı hadisəyə dair mövqeyini soruşdum… Bu “Facebook” istifadəçiləri onu əməlli-başlı çaşdırıblar.

Hüseynbala müəllim mənə bir resept kağızı göndərdi: sən demə bir müddət imiş ki, gözündən müalicə alırmış, yəni uzağı görmə pisləşib, eynəksiz ətrafı tor görür. Konfrans zamanı isə o, əlini atıb köməkçisindən çıxış mətnini istəyirmiş, əli ilə həmin kağızı axtarırmış… Bunu da mərdimazarlar videoqeydə alıb, sosial şəbəkələrdə pis mənada yayımlayıblar… Məsələ belədir!”.

H.Mirələmov daha əvvəl verdiyi açıqlamada videonun şantaj xarakterli olduğunu qeyd etmişdi.

“…O mənim qızım yerindədir. Ayıbdır, sadəcə ayıbdır… Məni şantaj etdilər. Bu, universitetdə konfrans zamanı olub. Videonu yayan adamlar tapılmalıdır!”

Xatırladaq ki, H.Mirələmov məlum video yayılandan sonra Neft və Sənaye Universitetindəki kafedra müdiri və YAP Xətai rayon təşkilatının sədri vəzifəsindən azad edilib. Eyni zamanda, YAP sıralarından da xaric olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*