Hüseynqulu Bağırovun təsisçisi olduğu universiteti cərimə gözləyirbackend

Hüseynqulu Bağırovun təsisçisi olduğu universiteti cərimə gözləyir

“Qərbi Kaspi” Universitetinə inzibati protokol yazılıb.

KONKRET.az xəbər verir ki, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430-cu (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatındadır.

Qeyd: Universitetin təsisçisi sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovdur.//Pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*