İçində sərnişin olan maşını sel apardıbackend

İçində sərnişin olan maşını sel apardı

Ağdamda Xaçınçay çayına gələn sel içində sərnişin olan avtomobili aparıb.

KONKRET.az xəbər verir ki, çaydan keçmək istəyən “VAZ 2107” markalı avtomobili sel aparıb.

Hadisəni görən İlqar adlı şəxs özünü çaya ataraq avtomobildə olanları xilas edib. Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları Əhmədova Elyanə və Quliyeva Aminəni, eləcə də onları xilas edən İlqar adlı şəxsi Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*