III Çarlzın tacqoyma mərasiminin vaxtı dəyişdibackend

III Çarlzın tacqoyma mərasiminin vaxtı dəyişdi

Böyük Britaniyanın yeni kralı III Çarlzın tacqoyma mərasiminin təntənəli mərasimi 6 may 2023-cü ildə baş tutacaq və Vestminster abbatlığında keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Bukinqem sarayının mətbuat xidmətinin tviter səhifəsində məlumat verilib.

Tacqoyma mərasimini İngiltərə kilsəsinin ruhani rəhbəri, Kenterberi arxiyepiskopu Castin Uelbi keçirəcək.

“Mərasim zamanı Əlahəzrət Kraliça Kamilla ilə birlikdə tac taxacaqlar. Tacqoyma həm monarxiyanın bu gün oynadığı rolu, həm də gələcəyə baxışını əks etdirəcək, lakin çoxdankı mərasim ənənələrinə əsaslanacaq”, – deyə mətbuat xidməti əlavə edib.

Qeyd edək ki, daha öncə Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasiminin gələn il iyunun 3-də keçiriləcəyi bildirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*