İki ay internet və mobil rabitə pulsuz olacaqbackend

İki ay internet və mobil rabitə pulsuz olacaq

Özbəkistanda koronavirusla mübarizə tədbirləri çərçivəsində əhalini evdə saxlamaq üçün yeni qərar verilib.

KONKRET.az xəbər verir ki, ölkədə 2 ay müddətində internet və mobil rabitənin pulsuz olması nəzərdə tutulur. Hətta abonentlərin borcu olduğu təqdirdə belə, bu iki xidmətin dayandırılması qadağandır.

Qərar 23 martda qüvvəyə minib. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, bu, bütün operator və provayderlərə şamil ediləcək.

Hazırda Özbəkistanda Beeline, Ucell, Perfectum, Uzmobile, UM mobil operatorları, Comnet, Evo, Sarkor Telecom, Turon Telecom, Uzonline və s. internet provayderləri xidmət göstərir.

Bundan əvvəl bəzi operatorlar xidmətlərində güzəştlər təklif etsələr də, yeni qayda artıq bütün mobil və internet provayderlərini əhatə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*