Filippin Hərbi Hava Qüvvələrinə məxsus iki SF-260 təlim təyyarəsi Manilanın cənubundakı Batanqas əyalətindəki Fernando Hava Bazasında təlim uçuşu zamanı qəzaya uğrayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Filippin Ordusu məlumat yayıb.
Təyyarə hava bazasının ərazisində qəzaya uğrayıb, başqa xəsarət alan olmayıb. Yerli medianın məlumatına görə, təyyarələr havada toqquşub, lakin qəzanın səbəbi təsdiqlənməyib.
