Ölümlə nəticələnən davadakı Əhməd  bu deputatın oğlu İMİŞbackend

Ölümlə nəticələnən davadakı Əhməd bu deputatın oğlu İMİŞ

Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub.

KONKRET.az Oxu. Az-a istinadən xəbər verir ki, hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur.

A.Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının sədridir. A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir.

Fotoda deputat Arzuxan Əlizadə

Bakıda kafedə Ceyhunu bıçaqlayaraq öldürən deputat Arzuxan Əlizadənin oğludur - Foto/Video

Fotoda hakim Orxan Əlizadə

Bakıda kafedə Ceyhunu bıçaqlayaraq öldürən deputat Arzuxan Əlizadənin oğludur - Foto/Video

Əhməd isə kriminala meyilli şəxsdir. Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. Kriminal aləmdə “Yeraz Əhməd” kimi tanınır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*