İki nəhəng dövlət arasında MÜHARİBƏ – Çinin xarici işlər nazirindən AÇIQLAMAbackend

İki nəhəng dövlət arasında MÜHARİBƏ - Çinin xarici işlər nazirindən AÇIQLAMA

“Çinlə ABŞ arasındakı indiki münasibətlər soyuq müharibəyə çox yaxındır”.

KONKRET.az xəbər verir ki, bu fikirlər ÇXR-ın Xarici İşlər naziri Van İ-yə məxsusdur. Rusiyanın “Kommersant” nəşri xəbər verir ki, jurnalistlərə açıqlamasında nazir bunları bildirib: “Biz görürük ki, ABŞ-ın bəzi siyasi qüvvələri Amerika – Çin münasibətlərini soyuq müharibəyə sürükləyir. Lakin bu qüvvələr bir şeyi unudurlar ki, iki super dövlət arasında münasibətlər arzuolunmaz səviyyəyə düşməsi dünyanın iqtisadi düzəninə çox ciddi problemlər yarada bilər”.

Çinin xarici siyasət idarəsinin başçısı onu da deyib ki, ABŞ-ın COVİD-19 pandemiyası ilə bağlı Çindən kompensasiya tələbinin heç bir hüquqi əsası yoxdur. “Bununla belə biz pandemiyanın səbəblərini və nəticələrini müakirə etməyə hər zaman hazırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*